20 Fevral 2019 13:36
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ardıcıl törədilməsi planlaşdırılan bir neçə terror aktının qarşısı alınıb.

Trend-in məlumatına görə, terror aktlarının mart ayında ölkədə keçiriləcək bələdiyyə seçkiləri zamanı törədilməsi nəzərdə tutulubmuş.

Terror aktlarının Türkiyənin müxtəlif ərazilərində, əsasən Diyarbəkir vilayətində PKK terror təşkilatı tərəfindən planlaşdırıldığı qeyd edilir.

Qeyd edək ki, Türkiyədə bələdiyyə seçkiləri martın 31-də keçirləcək.


Müəllif: Teleqraf.com