Səudiyyə Ərəbistanı “Əl-Qaidə” terrorçu qruplaşmasının qurucusu Üsamə Bin Ladenin oğlu Həmzə Bin Ladeni vətəndaşlıqdan çıxarıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Qeyd edək ki, ABŞ Həmzə Bin Ladenin başına 1 milyon dollar məbləğində mükafat qoyub.
Onun Əfqanıstan-Pakistan sərhədində, dağlıq ərazilərdə gizləndiyi bildirilir.
Həmzə Bin Laden bir müddət öncə ABŞ-ı terrorla təhdid etmişdi.