Almaniya paytaxtı Berlində insanlar Avropa Komissiyasının yeni qaydalarına etiraz olaraq aksiya keçirib.
Teleqraf.com xəbər verir ki, şəhərin mərkəzində nümayişdə iştirak edən 4 minə yaxın berlinli müəllif hüququ sistemində aparılan islahatlara etirazlarını bildiriblər. Meydana toplaşan insan kütləsi aksiya iştirakçılarının nəzərdə tutduğundan çox olub.
Avropa Komissiyası hələ 3 il əvvəl bu sistemdə yeni qaydaların tətbiqini təklif edib. İslahatda nəzərdə tutulur ki, internet platformalarının sahibləri başqalarının müəllif işini öz saytlarında istifadə etməsinlər. Nümayiş iştirakçılarını narahat edən isə islahatın fikir azadlığı üçün və internetdə rəngarənglik baxımından xoşagəlməz nəticələr doğuracağı ilə bağlıdır.