Avropa İttifaqı (Aİ) Suriya hakimiyyətinə qarşı məhdudlaşdırıcı tədbirləri genişləndirib.
Teleqraf.com xəbər verir ki, bu barədə müvafiq normativ aktların dərc olunduğu Aİ-nin rəsmi jurnalında yazılıb.
Sənəddə göstərilir ki, Suriyadakı vəziyyətin ciddiliyini və son dövrlərdəki nazirlər təyinatını, həmçinin qubernator heyətindəki dəyişiklikləri nəzərə alaraq 7 nəfər sanksiya siyahısına əlavə edilib.