7 Mart 2019 11:02
1 392
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd qüvvələrinin İdlibin cənubunu artilleriya hücumuna məruz qoyması mülki əhalinin kütləvi köçünə səbəb olub.

Teleqraf.com xəbər verir ki, sakinlər İdlibin mərkəzinə və Türkiyə sərhədlərinə doğru hərəkət etməyə başlayıb.

Həftələrdir qurudan və havadan bombardmana məruz qalan İdlibin cənub məntəqələrinin əhalisi köçməyə məcburdur. Məhz bu ərazilər 2017-ci ildə kimyəvi hücuma məruz qalıb.

İndi intensiv artilleriya atəşinə tutulan bu ərazilərin sakinləri kimyəvi hücum xatırlayır və bunun yenidən təkrar olunacağından ehtiyatlanırlar.

Evləri tərk edənlərin bir qismi ilkin mərhələdə İdlibin mərkəzinə, bir qismi isə Türkiyə sərhədlərinə doğru hərəkət edirlər.

Türk rəsmilər isə sərhədin Suriya hissəsində olan qaçqın düşərgələrində hər cür tədbirlərin görüldüyünü qeyd edirlər.


Müəllif: Cavad

Oxşar xəbərlər