7 Mart 2019 21:00
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 31-də Ukraynada keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək Volodimir Zelenski barəsində cinayət işi başlanıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün “Facebook”dakı səhifəsində yazıb.

V.Zelenski “Studiya Kvartal 95” şirkəti ilə bağlı çirkli pulların yuyulmasında ittiham olunduğunu bildirib.

O həmçinin xüsusi adamlar tərəfindən qondarma “Luqansk Respublikası”nda onun seçki lövhələrini quraşdırmaq üçün kanallar axtarışı aparıldığını qeyd edib. Prezidentliyə namizəd həmçinin 2002-ci ildə guya Çernihiv vilayətində maşınla adam vurduğu üçün də barəsində cinayət işi açılacağını istisna etməyib.

Digər tərəfdən, Ukrayna Daxili İşlər Nazirliyinin Mətbuat xidməti V.Zelenskinin Kiyevdəki ofisində dinləmə cihazlarının aşkar olunduğunu bildirib.

Qeyd edək ki, “Reytinq” rəy qrupu tərəfindən keçirilən sorğunun iştirakçılarının 25 faizi seçkilərdə V.Zelenskiyə səs verəcəklərini bildiriblər.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər