8 Mart 2019 17:48
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti Misirdə həyata keçirilən edamlarla bağlı rəsmi açıqlamasında beynəlxalq hüququn bu cəza növünə icazə verdiyini bildirib və onu legitim adlandırıb.

Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət Departamentinin mətbuat katibi Rober Palladino Misirdəki edamlarla əlaqədar bir dövlət rəsmisinin ona ünvanladığı sualı cavablandırıb.

ABŞ mediasında Palladionun adından yayılan informasiyada qeyd edilib ki, Misirdəki edamlara dair məlumatlıdırlar və bu cəzaya etiraz edilməyib.

Məlumatda eyni zamanda, ABŞ-ın Misirdəki edamlardan xəbərdar olduğu iddiasına da yer verilib:

“Cəza bir ölkənin və beynəlxalq hüququn müvafiq normalarına uyğun tətbiq edilirsə,ona beynəlxalq hüquq da icazə verir. Əsas məsələ isə həbs edilən şəxslərə qarşı humanist davranış göstərilməsi və məhkəmənin ədalətli olmasıdır.

Palladinonun özü isə bu barədə jurnalistlərin ona ünvanladıqları suala cavab verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər