Güney Azərbaycanın Urmiya şəhərindəki həbsxanalardan birində saxlanılan və qəsdən adam öldürməkdə ittiham olunan 3 nəfər məhbus edama hazırlıq məqsədilə təkadamlıq kameralara köçürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.
Məlumata görə, 10 il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan bu yana həbsdə saxlanılan 3 məhkum (Xəlil Salehi, Naci Ömərzadə və Hüseyn İbrahimi) martın 10-da həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb.
Hər üç məhkuma çıxarılan ölüm hökmünün yaxın saatlarda və ya qarşıdan gələn günlərdə icra ediləcəyi gözlənilir.