Türkiyənin sabiq baş naziri Məsud Yılmaz ağciyər xərçəngi səbəbindən əməliyyat edilib.
Teleqraf.com xəbər verir ki, xəstəxanadan buraxılan sabiq baş nazirin artıq kimyəvi müalicəyə başladığı bildirilir.
Məsud Yılmaz müalicəsi ilə bağlı son durum barədə sosial şəbəkədə fikirlərini yazıb.
Səhhətində yaranan durumla maraqlanan dost və izləyicilərinə üz tutan Yılmaz qeyd edib ki, yanvar ayında müayinədən keçərkən onda ağciyər xərçəngi aşkarlanıb və İstanbuldakı klinikalardan birində uğurlu əməliyyat həyata keçirilib.
Sabiq baş nazir əlavə edib ki, professor Sualp Tansanın nəzarətində qabaqlayıcı kimya terapiya müayinələri görür. Həkimlər qrip və infeksiya xəstəlikləri səbəbindən onun görüşlərinə müəyyən məhdudiyyətlər tətbiq edilib: “Hər şey normal şəkildə davam edir. Mənimlə maraqlanan və məni axtaran hər kəsə təşəkkür edirəm”.