14 Mart 2019 12:31
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın paytaxtı Tehranda divarlara azərbaycanlı siyasi məhbusların sərbəst buraxılmasını tələb edən şüarlar yazılıb.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı milli-mədəni fəallar tərəfindən Tehranın müxtəlif məntəqələrində yaılan şüarlar arasında “Abbas Lisani azad olunsun”, “Lisani Azərbaycan millətinin səsidir”, “Ustad Rəhim Qulami azad olunsun”, “Azərbaycanlı siyasi məhbusları azad edin” və s. kimi sözlər var.

Ötən günlərdə oxşar şüarlara Təbriz, Urmiya, Ərdəbil, Muğan, Meşkinşəhr (Xiyav), Mərənd və daha bir neçə şəhərdə rast gəlinib.

Son vaxtlar Güney Azərbaycanda başlayan yeni həbslər dalğasına qarşı etirazlar artıb. Soydaşlarımız müxtəlif yollarla, o cümlədən “Traxtur” komandasının oyunlarında şüarlar səsləndirərək azərbaycanlı fəalların həbs edilməsi ilə bağlı İran rejimini qınayır, onların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edirlər.


Müəllif: Səxavət

Oxşar xəbərlər