15 Mart 2019 16:55
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın həbs müddəti artırılıb.

Teleqraf.com xəbər verir ki, İrəvan hüquq məhkəməsi Xüsusi İstintaq Xidmətinin Robert Köçəryanın həbs müddətinin artırılması barədə iddiasını təmin edib.

Hakim Armen Bektaşyanın qəbul etdiyi qərara əsasən eks-prezidentin həbs müddəti 2 ay artırılıb.

Qeyd edək ki, iddianın müzakirəsi martın 13-dən başlanılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər