Mərakeşdən İspaniyaya miqrant aparan rezin bot qayığın batması nəticəsində içində hamilə qadınların da olduğu 45 nəfər həyatını itirib.
Teleqraf.com xəbər verir ki, qayıqda olanlardan 21 nəfərin həyatını xilas etmək mümkün olub.
Qeyd edək ki, keçən il 57 miqrant Aralıq dənizindən keçərək İspaniyaya gəlib.
Beynəlxalq Miqrasiya Təşkilatının hesabatına görə, 2018-ci ildə Aralıq dənizində 2300 miqrant boğularaq həyatını itirib.