22 Mart 2019 17:24
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Qazi Universitetinin mütəxəssisi Bülənt Özmen yanvarın 1-dən qüvvəyə minmiş “Türkiyənin zəlzələ xəritəsi” qanunu ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, mütəxəssis ölkənin bir çəzi bölgəsində zəlzələ təhlükəsinin azaldığını, bəzilərində isə riskin artdığını bildirib.

Belənt Özmen qeyd edib ki, Kırşehir zəlzələ təhlükəsi baxımından, ən təhlükəsiz rayonlardan biridir:
“Xəritəyə görə, Çanaqqala, Muğla, Adana, Antaliya, Əskişəhir, Malatya kimi bölgələrdə də risk azalıb. Trabzon, Rizə, Elazığ, Ərzuzum və Aksaray rayonlarında isə zəlzələ təhlükəsi artıb”.

Türkiyədə son 119 ildə böyük dağıntılara səbəb olan 284 zəlzələ hadisəsinin baş verdiyini bildirən mütəxəssis bunların 23-nün 7 baldan yüksək olduğunu deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər