Ukrayna prezident seçkilərində namizəd Yuliya Timoşenko seçilərin ikinci turuna hazırkı dövlət başçısı Pyotr Poroşenkonun deyil, məhz onun çıxdığını elan edib.
Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, Timoşenko bu haqda “eksit-poll”un nəticələrinin açıqlanmasından sonra brifinqdə bildirib.
“Batkivşina” Partiyasının lideri və keçmiş baş nazirin sözlərinə görə, partiyada əmindir ki, sorğuların nəticələri həqiqətə uyğun deyil. Siyasətçi hesab edir ki, “eksit-poll” sifarişli manipulyasiyadır.
O əlavə edib ki, seçkilərin birinci turunun nəticələrinə etiraz edəcəyini istisna etmir.
Qeyd edək ki, “ekzit-poll”in nəticələrinə görə, Vladimir Zelenskiy 30,4, Pyotr Poroşenko 17,8, Yuliya Timoşenko isə 14,2 faiz səs toplayıb. Bu isə ilk iki namizədin seçkilərin ikinci tura keçməsi deməkdir.