3 Aprel 2019 18:28
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Qafqaz Dairə Hərbi Məhkəməsi Suriyada “İslam Dövləti” terror qruplaşmasının tərəfində döyüşmüş Denis Xisamovu 20 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf.com xəbər verir ki, D.Xisamov cəzasının 19 ilini ciddi, 1 ilini adi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Bundan əlavə o, ehtiyatda olan kapitan rütbəsindən də məhrum edilib.

İstintaqın gəldiyi nəticəyə görə, Krasnodar sakini olan D.Xisamov 2016-cı ilin yanvarından 2017-ci ilin aprelinədək Suriyada terrorçuluq fəaliyyətində iştirak edib. O, Raqqa şəhəri yaxınlığında xüsusi təlim düşərgəsində təlim keçib. O da bildirilir ki, D.Xisamov 2016-cı ilin oktyabr ayından etibarən Türkiyə ərazisind İŞİD havadarlarının “verbovka”sı ilə məşğul olub.

D.Xisamov özü qisas əməliyyatlarında iştirak etdiyini və 4 nəfəri öldürdüyünü etiraf edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər