5 Aprel 2019 09:35
1 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının sədr müavini Boris Çernışov BMT baş katibi Antoniu Quterreşə müraciətində Estoniyanı qurumdan çıxarmağı tələb edib.

Teleqraf.com xəbər verir ki, Boris Çernışov Estoniya prezidenti Kersti Kalyulaydın rus dilinin ölkə mədəniyyətinə təhdid olduğu fikrindən hiddətlənib:

"Ruslara və rus mədəniyyətinə nifrət edən, dünyanın ən böyük dillərindən olan rus dilini aşağılayan və ayaqaltı edənlər nəinki Haaqa Tribunalı qarşısında dayana, həm də dünyanın ən dəhşətli məhkəməsi olan tarix qarşısında cavab verməyə məhkum oluna bilərlər".

Dumanın vitse-spikeri BMT baş katibinə müraciətində eston hökumətini faşizmi inkişaf etdirməkdə və rusdilli əhaliyə qarşı soyqırımı aparmaqda ittiham edib.

Hazırda Estoniyada 40 faiz rusdilli əhali olduğu iddia olunur.


Müəllif: Mahir

Oxşar xəbərlər