6 Aprel 2019 14:31
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyadakı hərbi texnikalarını çıxarmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Suriyanın Haseke bölgəsinin Qamışlı rayonundan ABŞ-a məxsus olduğu bildirilən 300 hərbi yük maşını İraq istiqamətinə hərəkət etməyə başlayıb.

Yük maşınlarına zirehli texnikalar, mini sərnişin avtobusları, mühəndis qurğuları, yanacaq tankerləri yüklənilib.

Qeyd edək ki, Prezident Donald Tramp Suriyadakı ABŞ hərbi qüvvələrinin çıxarılacağını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər