İranın Bəndər-Abbas limanı yaxınlığında gəmiqayırma zavodunda baş verən partlayış nəticəsində 3 nəfərin öldüyü bildirilir.
Bəndər-Abbas limanından 37 kilometr aralıda yerləşən gəmiqayırma zavodunda bilinməyən səbəblərdən partlayış baş verib. İnsident zamanı burada işləyən İranın müdafiə sənayesi əməkdaşlarından ən azı 3 nəfəri həlak olub. Zavodda olan sualtı qayıqdakı üç batareya da partlayıb.
IRIB telekanalının saytında yerləşdirilən xəbərdə bildirilib ki, Bəndər-Abbas limanı yaxınlığındakı Şəhid Dərvişi gəmiqayırma zavodunda sualtı qayığın batareyalarının partlaması nəticəsində “Müdafiə Nazirliyinin üç əməkdaşı şəhid olub”.
İranın Müdafiə Nazirliyi insidentlə bağlı rəsmi məlumat yaymayıb.