Türkiyənin hakim partiyası İstanbulda bütün səslərin yenidən sayılmasını istəyir.
Teleqraf.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin müavini Əli İhsan Yavuz bildirib.
İ.Yavuz deyib: "Bu gün biz MSK-ya müraciət edəcəyik ki, İstanbulun bütün rayonları üzrə səslər yenidən hesablansın. Hazırda fərq 16442 səs təşkil edir".