Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya barədə kəskin bəyanatla çıxış edib.
Teleqraf.com xəbər verir ki, o deyib:
“Rusiyada o dərəcədə azğınlaşıblar ki, artıq bizim əlimizi burmağa başlayıblar”.
Belarus lideri bunu neft boru kəmərləri ilə bağlı çıxışı çərçivəsində deyib. O əlavə edib ki, Moskvanın Minskin yaxşı münasibətinə cavab vermir:
“Biz Rusiya Federasiyası üçün etdiyimiz yaxşılıqların müqabilində daim pisliklər görürük. Orda elə azğınlaşıblar ki, artıq bizim əlimizi burmağa başlayıblar”.
Bununla belə Lukaşenko Rusiyada konkret kimi nəzərdə tutduğunu deməyib. Bu fikirlər Belarus Prezidentinin saytında öz əksini tapıb.