12 Aprel 2019 16:16
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Filippin Prezidenti Rodriqo Duterte ölkədə narkotik ticarəti ilə əlaqəli olan polis əməkdaşlarını axtalamaqla təhdid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Manila Bulletin” qəzeti məlumat yayıb.

“Korrupsiyalaşan polislər, bundan sonra siz gəlirsiniz. Narkoticarətlə məşğul olmağa cəhd edin və mən sizi axtalayacam”, – deyə Filippin lideri Qərbi Neqros əyalətinə səfəri zamanı etdiyi çıxışında bildirib.

Duterte qeyd edib ki, hüquq-mühafizə orqanları əməkdaşlarının müdafiəsi onun üçün prioritet olaraq qalır, amma o, qanunu pozan polis məmurlarına “ilk zərbəni endirmək” niyyətindədir.

Bu ilin yanvar ayında Filippin Prezidenti Qərbi Neqros əyalətinin Bakolod şəhərinin polis rəisini və onun tabeliyindəki işçiləri narkobiznesdə iştiraka görə vəzifəsindən azad edib.

Duterte 2016-cı ildən Filippində narkotiklərə qarşı amansız mübarizə tədbirlərinə başlayıb. Polisin məlumatına görə, narkotik maddə ticarəti ilə bilavasitə bağlı və ya şübhəli olan təxminən 3 min nəfərə yaxın insan məhkəmənin hökmü olmadan məhv edilib. Dutertenin mövqeyi xaricdə hiddət doğurub, BMT-nin insan hüquqlarının müdafiəsi ilə məşğul olan ekspertləri şübhəli şəxslər üzərində məhkəmə prosesi keçirilmədən onların edam olunmasına son qoyulmasını tələb ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər