ABŞ-da polisin vətəndaşlara göstərdiyi kobud münasibət ciddi narazılığa səbəb olub.
Teleqraf.com xəbər verir ki, Amerika polisi bu dəfə liseydə yol verdiyi vəhşiliklə gündəmə gəlib.
Polisin hədəfində 16 yaşlı qız olub. Liseydən çıxarılan qız məktəbi tərk etmək istəməyib. Bu səbəbdən liseyə polis çağırılıb.
Polis 16 yaşlı Dinqma Hovardı qəfil yaxalayaraq əvvəl pilləkənlə sürüyərək birinci mərtəbəyə endirib, daha sonra qızı yerə yıxaraq ayaqlayıb. Məktəbliyə elektroşok tapançası da tətbiq edib.
Hadisə zamanı məktəbdə olan şagirdin atası polisə mane olmaq istəsə də, ona əhəmiyyət verən olmayıb.
Hadisənin video görüntülərinin ortaya çıxması ABŞ cəmiyyətində şok yaradıb.
Polislər iddia edib ki, 16 yaşlı qız onlara yumruq atıb və pilləkandan səhvən aşağı yuvarlanıb. Lakin video-görüntülər polis əməkdaşlarının dediklərini təsdiq etməyib.
Hazırda hadisə ilə bağlı cinayət işinin açıldığını və ciddi araşdırma aparıldığı bildirilir.