Almaniyada radikal sağçı qruplar şəbəkə əlaqəsinə daxil olur.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Daxili Kəşfiyyat Xidmətinin rəisi Tomas Haldenvanq deyib.
Onun sözlərinə görə, son illər aparılan müşahidələr radikal sağ qruplara daha çox diqqət ayrılmasını tələb edir.
Xidmət rəhbəri əlavə edib ki, aşırı sağ çevrələrlə mövcud siyasi gedişdən məmnun olmayan populist etirazçı kəsim arasında sərhədlər getdikcə qeyri-müəyyən olur.
İŞİD mövzusunda danışan Tomas Haldenvanq deyib ki, terror təşkilatının Suriya və İraqda gizli fəaliyyəti mövcuddur və İŞİD təhlükəsinin sovuşduğunu demək olmaz: “Hələ də İŞİD-in hücum planlarına dair əlimizdə çoxsaylı ip ucları var. Almaniyada hər zaman İŞİD hücumu ola biləcəyini nəzərə almalıyıq”.
Cavad
Alman kəşfiyyatı: “Radikal sağ qruplar şəbəkə əlaqəsinə daxil oldu”