16 Aprel 11:27
397

Liviyanın öldürülən lideri Muhammər Qəddafinin xüsusi təyyarəsi Ukraynada ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, 40 ildən çox Liviyaya liderlik edən və inqilab nəticəsində öldürülən Qəddafinin özəl təyyarəsi Ukraynada təmir olunur.

Qeyd edək ki, Liviya lideri Qəddafinin xüsusi sifarişi ilə istehsal olunan və 2009-cu ildə ona təqdim edilən AN-74K-300D model təyyarə 2011-ci ildə zədə alıb.

Sonradan təyyarə təmir edilməsi üçün Ukraynana göndərilib. Odessa hava limanında fotosu çəkilən təyyarənin mütəxəssislər tərəfindən təmir olunduğu söylənilir.

Qeyd edək ki, təyyarə öncə Xarkovda təyyarə zavoduna gətirilib. Sonradan zavodun yaşadığı iqtisadi sıxıntılar səbəbindən Qəddafinin təyyarəsi Odessa hava limanına göndərilib.


Müəllif: Cavad