18 Aprel 2019 13:18
1 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Valeri Karbaleviç özünün köşə yazısında Belarus Prezidenti Aleksandr Lukaşenkonun Türkiyəyə səfərini “müəyyən mənada qəribə” adlandırıb.

Teleqraf.com-un məlumatına görə, Valeri Karbaleviç yazıb:

“Səfər işgüzar deyil, rəsmi səfər idi. Bu səfər çərçivəsində bir sıra görüşlər və tədbirlər nəzərdə tutulmuşdu. Belarusun Türkiyədəki səfiri Andrey Savinıx Lukaşenkonun Ankaraya gəlişi ərəfəsində səfəri “sistem xarakterli” adlandırmışdı. Qeyd etmişdi ki, səfər qarşıdakı illər ərzində ikitərəfli əlaqələri müəyyən edəcək.

Səfər öncəsi Lukaşenko “Anadolu” informasiya agentliyinə müsahibəsində bildirmişdi ki, Minsk 3-5 ildən sonra Türkiyə ilə eynilə Rusiya Federasiyası sayaq isti və dostluq əlaqələrinə malik olmaq istəyir.

Belə deyək, quyunun diametri böyük idi. Ancaq səfər çox qısa oldu. Lukaşenko aprelin 16-sı saat 11:46-da Ankaraya uçdu, 20:04-də isə geri döndü. Bu dərəcədə sürətli hərəkət səfərin “sistem xarakterli” və “mütləq prioritet” olması barədə deyilənlərlə düz gəlmir.

Hətta nələrinsə düz getmədiyinə dair fərziyyə irəli sürə bilərik. Lukaşenko həmin gün orada keçirilmiş Belarus-Türkiyə biznes forumuna da qatılmadı.

Ümumiyyətlə, əgər prezident yalnız bir neçə saat gələrsə, onda niyə oteldə yerləşməlidir?

Bütün bunlar göstərir ki, səfərin proqramı hansısa səbəblərdən ixtisar olunub. İmzalanmış sənədlər isə açıq şəkildə “prezident səviyyəsində” deyildi”.


Müəllif: Səxavət

Oxşar xəbərlər