Almaniyada barələrində həbs qərarı verilən 467 nasist axtarılır.
Teleqraf.com xəbər verir ki, Almaniya Federal Cəza Agentliyi radikal sağçıların barəsində həbs qətimkan tədbiri seçdiyini açıqlayıb.
467 şəxs haqqında həbs qərarı olsa da, onlar gizlənir və zorakı tədbirlərə əl atırlar.
Bu şəxslərdən 12-sinin zorakılıq, 98-nin isə cinayətə görə axtarıldığı qeyd edilir. Digər nasistlər isə oğurluq, aldatma, təhqir kimi hərəkətlərə görə axtarışdadırlar.
Almaniyada 4 il əvvəl 253 radikal sağ cinayətkarın olduğu, bu il isə bu rəqəmin 467-yə qədər yüksəldiyi bəlli olub.