Fransa aprelin 23-də Estoniyaya 3 min nəfərə yaxın hərbçi, 4 tank və 20 hərbi maşın göndərəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın Estoniyadakı səfirliyi məlumat yayıb.
Hərbçilər öz texnikaları ilə birgə avqustun sonunadək Rusiyanın 140 kilometrliyində yerləşən Tapa şəhərində qalacaq.
Estoniyada fransız hərbi qüvvələrinin yerləşdirilməsi NATO missiyasının Baltikyanı ölkələrdə və Polşada alyansın hərbi varlığının gücləndirilməsi ilə bağlıdır.
Qeyd edək ki, aprelin 15-də NATO ilə Rusiyanın hərbi və mülki sahələrdə əməkdaşlığı tamamilə dayandırdığı məlum olub.