22 Aprel 2019 07:25
419
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatında kiçik təyyarə qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb. Llano dairəsinin şerif ofisinin məlumatına görə, xilasetmə xidmətinə təyayrənin qəzaya uğraması ilə bağlı zəng 14:27-də daxil olub.

Qəza "Şirli Uilyams" aeroportunda baş verib.

Hadisə yerində Texas ştatının İctimai Təhlükəsizlik İdarəsinin (DPS) əməkdaşları işləyir.


Müəllif: Teleqraf.com