5 Sentyabr 2014 11:43
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uelsdə keçirilən NATO sammitində Ukrayna ordusunun modernləşdirilməsi üçün yardım paketi hazırlanıb.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, NATO-nun Baş Katibi Anders Foq Rasmussen tərəfindən açıqlanan yardım paketi logistika, komanda-nəzarət, rabitə və kiber müdafiə sahələrini əhatə edir.

Rasmussen üzv ölkələr tərəfindən təmin ediləcək yardımın15 milyon avro civarında olacağını deyib. O həmçinin əlavə edib ki, döyüşlər zamanı yaralanan ukraynalı əsgərlərin müalicəsində NATO-ya üzv ölkələr də yardım göstərəcək.

Xatırladaq ki, sammitin bu gün keçiriləcək iclasında Şərqi Avropa üçün yeni fəaliyyət planı müzakirə olunacaq.

Samir


Müəllif:

Oxşar xəbərlər