Türkiyədə səfərdə olan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Franklin Cefrinin başçılıq etdiyi nümayəndə ilə Prezidenti Katibliyinin sözcüsü İbrahim Kalının rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü olub.
Teleqraf.com xəbər verir ki, nümayəndə heyətlərinin danışıgı iki saat çəkib.
Görüşdə Suriya məsələsində son cərəyan edən hadisələr müzakirə olunub.
Türkiyənin milli təhlükəsizlik məsələlərinin açıq bir şəkildə vurğulandığı toplantıda Fəratın şərqində və bütün Suriya ərazisində türrorla mübarizə, Menbiç yol xəritəsinin həyata keçirilməsi, İŞİD, PKK/YPG/PYD daxil bütün terror ünsürlərinə qarşı mübarizə, Suriyanın ərazi bütövlüyü çərçivəsində siyasi həllin tapılması və Suriyanın yenidən inşası mövzuları gündəmə gəlib.
Yaradılması planlaşdırılan təhlükəsizlik bölgəsi ilə Türkiyənin təhlükəsizlik əndişələrinin aradan qalxacağı və bölgənin bütün terror qruplarından təmizlənəcəyi ifadə edilib.
Bu mövzuda türk və ABŞ texniki heyətlərinin aparacağı müzakirələrlə bağlı fikir birliyi əldə edilib.
Qeyd edək ki, C.Franklin Cefrinin başçılıq etdiyi nümayəndə heyətinin Ankaradan sonra İsveçrənin Cenevrə şəhərinə gedərək Misir, Fransa, Alnabiya, İordaniya, Səudiyyə Ərəbistanı və İngiltərənin xüsusi nümayəndələri ilə bərabər bəzi suriyalı qruplarla görüşlər keçirəcəyi bildirilib.