Yaponiya təmannasız humanitar yardım üçün Ukraynaya 300 min dollar ayıracaq.
Teleqraf.com-un rus mediasına istinadən verdiyi xəbərə görə, yardım Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə məntəqələrə göndəriləcək.
Yaponiya Xarici İşlər Nazirliyindən (XİN) verilən açıqlamada Ukraynanın şərqində qaçqınların sayının artması və humanitar vəziyyətin kəskin pisləşməsi yardıma ehtiyacı daha da artırıb. XİN ümid edir ki, yardım Ukraynada vəziyyətin sabitləşməsinə kömək edəcək.
Xatırladaq ki, Yaponiya iyun ayında Ukraynada qaçqınların ehtiyacları üçün 270 min dollardan artıq vəsait ayırıb.
Samir