ABŞ özünün Silahlı Qüvvələrinə bağlı Kosmos ordusu qurmağı planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ müdafiə naziri Patrik Şanahan deyib.
Şanahan Kosmos Qüvvələri ilə bağlı ABŞ hökumətinə təqdim etdiyi təklifdə Rusiya və Çinin buna oxşar proqramlarını nümunə göstərib.
Pentaqon rəhbəri ABŞ-ın texnoloji strukturunun kosmos strukturlarına bağlı olduğunu bildirərək, bu təşəbbüsün Rusiya və Çinin yaratdığı təhlükədən qaynaqlandığını vurğulayıb.
Plana görə Kosmos Qüvvələri Hərbi Hava Qüvvələrinə bağlı olacaq və 2020-ci ildə fəaliyyətə başlayacaq. Bu, kosmosla bağlı çoxsaylı struktur və proyektləri özündə birləşdirəcək.
Patrik Şanahan “Wall Street Journal2 yayımlanan məqaləsində Kosmos Qüvvələrinin 72 milyon dollarlıq büdcəsinin olacağını qeyd edib.