5 May 2019 16:21
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Baş naziri Benyamin Netanyahu orduya Qəzza sektorundan ölkəni raket atəşinə tutan silahlılara kütləvi hücum etmək əmrini verdiyini açıqlayıb.

"Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin baş naziri Nazirlər Kabinetinin iclasında məlumat verib.

"Bu gün səhər mən İsrailin Müdafiəsi Ordusuna Qəzza sektorundakı terror elementlərinə qarşı kütləvi hücumları davam etdirmək əmrini verdim", - deyə Netanyahu söyləyib.

Benyamin Netanyahu Qəzza ilə sərhəddə yerləşdirilmiş qoşunların gücləndirilməsi barədə göstəriş verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər