7 May 2019 09:18
2 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm adamları Yerə kürəsinin və bütöv kainatın yox olmağa doğru getdiyini iddia edirlər. Böyük sona hələ milyard illər qalsa da, bununla bağlı ortaya atılan nəzəriyyətlər qorxuducudur.

Teleqraf.com dünyanın sonu ilə bağlı elm adamlarının nəzəriyyələrini təqdim edir.

10 min il sonra qlobal istiləşmə nəticəsində dünya okeanında suyun səviyyəsi 3-4 metr yüksələcək. Bəzi elm adamlarına görə, bundan sonra Yer kürəsində yaşayan insan qalmayacaq.

13 min il sonra qütblər yerini dəyişəcək, Yerin bir-birinə zidd qütblərində fəsillər də yerini dəyişmək məcburiyyətində qalacaq.

15 min il sonra Böyük Səhra fəsillərin yerdəyişməsi ilə tropik iqlimə sahib olacaq və dünyanın ən böyük çölü yox olacaq.

20 min il sonra 1986-cı ildə AES-in partlaması nəticəsində tərk edilən Ukraynanın Çernobl bölgəsi insanların yaşaması üçün təhlükəsiz hala gələcək.

36 min il sonra cırtdan planet olan “Ross 248” 3024 işiq ili ərzində Günəşə ən yaxın ulduz olacaq.

50 min il sonra Şimali Amerikada yerləşən Niaqara şəlaləsi yox olacaq.

100 min il sonra kainatda ən böyük ulduz olan “VY Canis Majoris” partlayaraq yox olacaq. Dünyanın böyük hissəsi lava altında qalacaq.

200 min il sonra Böyük Çömçə, Orion və Perseus kimi ulduz yuvaları yox olacaq. Havay zəncirindəki bir vulkan sürətlə yüksələrək okeanın ortasında bir ada yaradacaq.

300 min il sonra WR 104, Pinwheel nebulasında yer alan 2 ulduz sistemi yox olacaq. Bu patlayışda yayılacaq qamma şüası dünyadakı bütün canlılar üçün təhlükə yaradacaq.

500 min il sonra dünyaya 1 km uzunluğunda meteorit düşəcək.

1 milyon il sonra dünyada vulkan partlayışları baş verəcək, hər şey lava altında qalacaq.

2 milyon il sonra 1600 m dərinliyində olan Böyük Kanyon (ABŞ) daha da dərinləşəcək.

10 milyon il sonra suyun səviyyəsinin yüksəlməsi ilə Afrika qitəsinin bir hissəsi qopacaq və ayrıca bir adaya çevriləcək.

50 milyon il sonra Marsın iki peykindən biri olan Pobos Marsa çırpılacaq. Nəticədə ABŞ-dakı San Andreas çat zonası San-Fransisko və Los-Ancelesi birləşdirəcək.

100 milyon il sonra dünya və Saturn planetinin halqası yox olmağa başlayacaq.

250 milyon il sonra qitələr yerini dəyişəcək.

600 milyon il sonra dünyada birki örtüyü qalmayacaq və meşələr yox olacaq.

800 milyon il sonra dünyada karbon dioksidin həcmi azalacaq. Oksigenin azalmasıyla dünyada həyat qalmayacaq. Yer kürəsinin yeganə sakinləri təkhüceyrəli bakteriyalar olacaq.

1 milyard il sonra dünya daha da isinəcək və okeanlar buxarlanaraq yox olmağa başlayacaq.

2 milyard il sonra Yerin daxili nüvəsinin böyüməsi ilə xarici səthi donmağa başlayacaq. Yerin maqnit sahəsi bağlanacaq və Günəşdən qopan zərrəciklər atmosferi yavaş-yavaş yox edəcək.

3 milyard il sonra Yer ulduzlararası boşluğa sürüşəcək və Yerdə həyat üçün heç bir şərait qalmayacaq.

4 milyard il sonra Andromeda qalaktikası ilə içində olduğumuz Süd yolu qalaktikası toqquşacaq.

5 milyard il sonra Yer kürəsi qırmızı planetə çevriləcək.

7 milyard il sonra Günəş Yeri yox edəcək.

8 milyard il sonra Günəş enerjisini itirməyə başlayacaq.

14 milyard il sonra Günəş kiçik və qara planetə çevriləcək.

1 trilyon il sonra bütün kainat yox olacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər