11 May 2019 09:09
1 891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov baş nazirin müavini Bahargül Abdıyevaya töhmət elan edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı baş nazirin müavinini tabeliyində olan rəhbərlərin fəaliyyətinə nəzarəti zəiflətdiyinə görə töhmətləndirib.

Bahargül Abdıyeva ölkədə mədəniyyət və KİV sektorunu kurasiya edir.

Prezident bundan başqa dövlət nəşriyyat xidmətinin rəhbəri Akmurat Xudayeberdiyevə də sonuncu xəbərdarlıq olunmaqla ciddi töhmət elan edib. O da nizam-intizam sahəsində nöqsanalara yol verməkdə günahlandırılıb.

Bir neçə gün qabaq Qurbanqulu Berdiməhəmmədov dövlət televiziya və radio verilişləri sahəsində ciddi tədbirlərlə bağlı qərar qəbul edib. "Miras" teleradio kanalının rəhbəri Bəşim Atayev işdən çıxarılıb, televizya və radio verilişləri dövlət komitəsinin rəhbəri Nurməmməd Qarlıyevə ciddi töhmət elan olunub.

Qeyd edək ki, prezident ölkədə rəsmi təbliğatın səviyyəsindən narazıdır.


Müəllif: Mahir

Oxşar xəbərlər