İranın ali dini lideri ayətullah Əli Xamenei bildirib ki, Tehran ABŞ-la nüvə silahı ilə bağlı danışıqlar aparmayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə "Press TV" telekanalı məlumat yayıb.
"İranın ali dini lideri Xamenei bildirib ki, İran nüvə silahı ilə bağlı ABŞ-la danışıqlar aparmayacaq", - deyə telekanalın "Twitter" səhifəsinə yerləşdirilən məlumatda bildirilir.