Ermənistan milli komandasının kapitanı, İngiltərənin “Arsenal” futbol klubunun oyunçusu Henrix Mxitaryan Avropa Liqasının finalı üçün Bakıya gəlməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə İngiltərədə nəşr olunan “The Times” qəzeti məlumat yayıb.
Nəşr erməni futbolçunun təhlükəsizlik məqsədilə Azərbaycanın paytaxtına gəlməyəcəyini bildirib.
Qəzet yazır ki, klub rəhbərliyi Mxitaryanın Bakıya gələ bilməməsinin komandanın oyununa mənfi təsir edəcəyinə inanır.
Qeyd edək ki, “Arsenal” Avropa Liqasının mayın 29-da Bakıda keçiriləcək final matçında “Çelsi” ilə qarşılaşacaq.