Qazaxıstanlı boksçu Batır Cukembayev meksikalı döyüşçünü ilk raundda nokauta salıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Vesti.kz məlumat yayıb.
Orta çəkidə mübarizə aparan Batır Cukembayev və Luis Xesus Vidales Kanadanın Montreal şəhərində qarşılaşıblar. Döyüşün 10 raundda keçirilməsi nəzərdə tutulubmuş, ancaq qazax boksçu elə ilk raundun son saniyəsində rəqibini nokdauna salıb.
Hakim geri saymağa başlayıb, lakin sonra döyüşü dayandırmaq qərarı verib.
28 yaşlı Batır Cukembayev bundan öncə – martın 16-da meksikalı Hilberto Mesunu məğlub etmişdi.