Bosniya müsəlmanlarının lideri Hüseyn Kavazoviç İŞİD terrorçularının girov götürdükləri britaniyalı Devid Xeynsi azad etməyə çağırıb.
Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, Kavazoviç deyib: “Bosniya müsəlmanlarının mənəvi və dini öhdəliyi var ki, günahsız insanlar öldürülərkən və işgəncələrə məruz qalarkən ciddi şəkildə narahat olsunlar”.
Onun sözlərinə görə, Xeyns həyatının böyük hissəsini bütüm dünyada insanlara, o cümlədən Bosniya müharibəsi zamanı evlərindən didərgin düşmüş müsəlman qaçqınlara köməyə həsr edib.
Xatırladaq ki, Xeynsi oğurlayanlar artıq iki amerikalı jurnalistin başını kəsərək videosunu internetdə yerləşdiriblər.