22 May 2019 00:54
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

2010-cu ildə ABŞ-dan çıxarılan on Rusiya kəşfiyyatçısından biri Yelena Vavilova yeni kitabını Moskvada təqdim edib.

Rusiya Xarici Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Yelena Vavilovanın “Sirr saxlamağı bacaran qadın” adlı kitabı qeyri-leqal kəşfiyyatçılara həsr olunub. Müəllif təqdimat mərasimində bildirib ki, romanda əsasən özünün başına gələn hadisələri əks etdirib. Sovet kəşfiyyatçıları haqqında xeyli əsər yazılsa da, rus kəşfiyyatçıları, o cümlədən qadın kəşfiyyatçılar haqqında məlumat azdır. Yelena Vavilovanın sözlərinə görə, kəşfiyyatçı peşəsi hər zaman olub, lakin indi bu sahədə metodlar və kəşfiyyatçının işi haqqında təsəvvürlər dəyişib.

Qeyd edək ki, Treysi Li Enn adı altında ABŞ-da yaşayan Yelena Vavilova və həyat yoldaşı Andrey Bezrukov (Donald Hovard Hitfild) 25 il qeyri-leqal kəşfiyyatçı kimi fəaliyyət göstəriblər. Onlar iki oğulları ilə birlikdə Bostonda yaşayıblar. 2010-cu ildə ABŞ Ədliyyə Nazirliyi Rusiya kəşfiyyatına işləyən 10 nəfəri, o cümlədən Yelena Vavilova və həyat yoldaşını, sonradan teleaparıcı kimi məşhurlaşan Anna Çapmanı həbs etmişdi. Sonradan bu kəşfiyyatçılar Rusiyada vətənə xəyanətdə təqsirləndirilən dörd kəşfiyyatçıya, o cümlədən Sergey Skripala dəyişdirildilər. Yelena Vavilova qeyd edib ki, 2010-cu ildə rus kəşfiyyatçılarını ifşa edən şəxsi tanıyır və hətta onunla birlikdə işləyib.


Müəllif: Mənbə/Axar.az

Oxşar xəbərlər