22 May 2019 10:14
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul prokurorluğu Abdulla Çatlının qardaşı oğlu Alperen Çatlı haqqında iddia hazırlayıb.

Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, Alperen Çatlı FETÖ araşdırması çərçivəsində saxlanılıb, ona qarşı “silahlı terror təşkilatına üzv olmaq” ittihamı irəli sürülüb.

İstintaq müəyyən edib ki, Alperen Çatlının telefonuna sabit xətdən 28 dəfə zəng olunub. Bu xətt vasitəsilə ümumilikdə 274 zabitə zəng edilib. Bundan başqa, iddiaya görə, Çatlı akademiyaya FETÖ-nün dəstəyi sayəsində daxil ola bilib.

İstintaqla əməkdaşlığa razılıq verən Yasin E. adlı şahid iddia edib ki, onu FETÖ-nun zabit yetişdirmə məsələləri üzrə məsul şəxsi ilə Çatlı tanış edib.

Qeyd edək ki, Alpener Çatlının əmisi Abdulla Çatlı Türkiyədə son dərəcə məşhur şəxs olub. Bəzi iddialara görə, MİT-in qeyri-rəsmi əməkdaşı kimi ən təhlükəli əməliyyatlara qatılıb.


Müəllif: Cavad

Oxşar xəbərlər