24 May 2019 11:25
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkmənistanın paytaxtı Aşqabadda orta məktəblərin qız şagirdləri vahid geyim forması üçün yaşıl parça almaq məcburiyyətində qalıblar.

Teleqraf.com xəbər verir ki, valideynlərə qızları üçün yaşıl parça almağın məcburi olduğu bildirilib.

Məktəblərdən valideynlərə təqdim edilən parçanın qiyməti 75, ticarət müəssisələrində isə 50 manatdır. Amma övladlarına forma tikdirmək istəyənlər parçanı kənardan ala bilməzlər.

Forma tikdirən validenylər dərziyə əlavə 30 manat ödəməlidir. Nəticədə geyimin ümumi qiyməti 105 manata çatır.

Türkmənistanda qızlar üçün məktəbli geyimi yaşıl rəngli don, ağ örtük və milli baş geyimindən ibarətdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər