El-Salvador respublikasının yeni seçilmiş prezidenti Osmanlı kökənli Nayib Bukelenin andiçmə mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, inaqurasiya mərasimi Gerardo Barrios meydanında baş tutub.
O, 2024-cü ilədək E-Salvadora rəhbərlik edəcək.
Qeyd edək ki, Nayib Bukelenin babaları Osmanlı pasportu ilə Fələstindən Mərkəzi Amerikaya köç edib.
Nayib Bukele 2012-ci ildə Nuevo-Kuskatlan bələdiyyəsindən mer seçilib. 2015-ci ildə isə San-Salvadorun meri olub.