Güney azərbaycanlı milli-mədəni fəal Əli Əzizi İran İnqilab Məhkəməsinin qərarı ilə saxlanılıb.
Teleqraf.com xəbər verir ki, fəalın saxlanılması barədə qərar Urmiyə İnqilab Məhkəməsinin iclasında verilib.
Məhkəmə iclasında iştirak edən Əli Əzizi ölkənin milli təhlükəsizliyini pozmağa cəhd göstərməkdə ittiham olunub.
O, hazırda məhkəmənin Urmiya təcridxanasında saxlanılır.
Qeyd edək ki, Əli Əzizi bundan əvvəl də bir neçə dəfə İranın Kəşfiyyat İşləri üzəri Nazirliyi (ETTELAAT) tərəfindən qanunsuz olaraq saxlanılıb.