5 İyun 2019 21:30
1 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Çen İni kiçik bacısı 50 gündən artıq bir müddətdən sonra ilk dəfə yenidən ictimaiyyət qarşısına çıxıb.

Teleqraf.com xəbər verir ki, artıq bir müddətdir onun statusu və digər yüksək səviyyəli rəsmilərin vəzifələrindən kənarlaşdırılıb-kənarlaşdırılmaması ilə bağlı suallar qaldırılırdı.

Şimali Koreyanın KRT dövlətə məxsus tele kanalında çərşənbə axşamı Kim Yo Conqun qardaşı və onun həyat yoldaşı ilə birlikdə Pxenyanda ölkənin ən böyük oyun mərasimində iştirak etdiyi göstərilib.

Kim Yo Conq hakim partiyada yüksək səviyyəli rəsmidir. Onun ictimaiyyət qarşısına çıxmasının ardınca Cənubi Koreyanın "Chosunilbo" qəzeti yazıb ki, ABŞ-la nüvə danışıqları uğursuzluqla nəticələndiyindən ona gözə görünməmək əmri verilib.

Prezident Donald Trampın Kim Çen İnlə Hanoyda ikinci zirvə görüşü fevral ayında Pxenyana tətbiq edilən sanksiyaların yüngülləşdirilməsi barədə heç bir razılıq əldə edilmədən başa çatıb.

"Chosunilbo" qəzeti yazıb ki, şimali koreyalı diplomat Kim Yonq Çol islah əmək düşərgəsinə göndərilib. Lakin buna baxmayaraq o, mərasimdə iştirak edib. Bununla belə onun vəzifəsindən kənarlaşdırılması və ya vəzifəsinin kiçildildiyi mümkündür.

Bu arada, Şimali Koreyanın ABŞ-la danışıqlarda yüksək səviyyəli xüsusi nümayəndəsi Kim Hyok Çolun taleyi məlum deyil.

CNN tele kanlı çərşənbə axşamı adının gizli saxlanıldığı mənbəyə əsasən Kim Hyok Çolun həbs edildiyini, lakin sağ olduğunu bildirib.

Chosunilbo qəzeti cümə günü yazıb ki, Kim Hyok Çol mart ayında digər dörd yüksək səviyyəli rəsmi ilə birlikdə Amerikanın xeyrinə casusluq etmək ittihamı ilə güllələnərək öldürülüb.

Məqalədə məlumatın alındığı mənbə bildirilməyib və yalnız bir məndəyə istinad edildiyi deyilib.


Müəllif: Teleqraf.com