21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.
Teleqraf.com xəbər verir ki, yığmamız Lixtenşteynin qonağı olub. Komandamız qrupun ən zəiflərindən olan "cırtdanlar"la görüşdə 0:1 hesabı ilə uduzub.
Qrupun digər görüşləri isə sentyabr ayında keçiriləcək.
6 iyun
Avropa çempionatının seçmə mərhələsi
21:00. Lixteynşteyn (U-21) – Azərbaycan (U-21) - 1:0
Qol: N. Frik, 10-penalti
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)