13 İyun 2019 14:34
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron “sarı jiletlilər”in etirazlarına cavab olaraq yeni islahat paketini açıb.

Teleqraf.com xəbər verir ki, Baş nazir Eduard Filip İslam dini ilə bağlı yeni islahatların həyata keçiriləcəyini bildirib.

Baş nazir qeyd edib ki, Fransada doğulmuş və fransız dilində danışan imamlar yetişdirilməlidir: “İmam və müəzzinlərin xarici ölkələrdən maaş aldığı sistemə son qoyulmalıdır”.

Filip Fransa hökumətinin 2021-ci il seçkilərinə qədər sosial-iqtisadi islahatlara yanaşı, islam dini ilə bağlı da konkret addımlar atacağını bildirib.

​Fransada bir çox məsciddə işləyən Diyanət İşləri Türk Birliyinə (DİTİB) bağlı imamlar Türkiyədən maaş alır. Makronun yeni islahatlarının bu məscidlərə təsir edəcəyi bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu