Hər həftə Avropa İttifaqı ölkələrinin ərazisində keçirilən “Eurojackpot” lotereyasında cek-pot udulub.
Teleqraf.com xəbər verir ki, 63 milyon ABŞ dolları dəyərində cek-potun sahibi Çexiya vətəndaşı olub. O, lotereyanın bütün 7 rəqəmini düz tapmağa müvəffəq olub.
Oyun iyunun 14-də baş tutub. Lotereyanın keçirilməsi üzrə Çexiyada məsul olan şirkətdən bildiriblər ki, məbləğ bank hesabına köçürüləcək.
“Eurojackpot” lotereyasında cek-potu udmaq şansı 95 milyonda birdir.
Bir lotereyanın qiyməti 14 ABŞ dollarıdır.