Berlinin Aleksanderplats meydanı yaxınlığında inşaat işləri zamanı İkinci Dünya müharibəsinə aid bomba aşkar edilib.
Teleqraf.com TASS-a istinadla xəbər verir ki, bununla bağlı 3 min nəfər təxliyyə edilib.
Alman polisinin yaydığı məlumata görə,çəkisi 100 kiloqram olan bomba zərərsizləşdirilib.
Qeyd olunur ki, müharibənin sonunda faşist Almaniyasına 2 milyondan çox müxtəlif ölçüdə bomba atılıb. Onların 20 faizindən çoxu partlamayıb. Ona görə də yol örtüyü işlərində və yeni binaların təməli qoyulanda bombalar aşkar olunur və zərərsizləşdirilir.
İndiyədək ən kütləvi təxliyə 2017-ci ilin sentyabr ayında Frankfurtda olub. O zaman bombanın zərərsizləşdirilməsi üçün 60 min insan təxliyə edilib.