İngiltərənin “British” Hava Yollarına məxsus “Boinq-787” markalı sərnişin təyyarəsi İstanbul Hava Limanında qəza enişi edib.
Teleqraf.com xəbər verir ki, buna səbəb Hindistandan Londona uçan təyyarənin sağ mühərrikində yaranan nasazlıq olub. Qəza enişi problemsiz başa çatıb. Texniki baxış zamanı məlum olub ki, mühərrikdə yağ sızması baş verib.